Xəbərlər


“Yaşıl Marafon” kampaniyası davam edir

12 Noyabr 2021, 18:20

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.

Ölkə üzrə 12 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 14,5 hektar ərazidə 26 254 ədəd müxtəlif cinsli ağac əkilib, 180 kiloqram toxum səpilib.

Belə ki, Ağcabədi rayonu üzrə 2 ha ərazidə 6666 ədəd ağac, Bərdə rayonu üzrə 3,5 ha ərazidə 1250 ədəd ağac, 180 kiloqram palıd toxumu, Şəmkir rayonu üzrə 1 ha ərazidə 1600 ədəd ağac, Şəki rayonu üzrə 2 ha ərazidə 2000 ədəd ağac, Zaqatala rayonu üzrə 1 ha ərazidə 1666 ədəd ağac, Xaçmaz rayonu üzrə 0,9 ha ərazidə 990 ədəd ağac, Göygöl rayonu üzrə 4,1 ha ərazidə 12082 ədəd ağac əkilib.

Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.