Xəbərlər


Qanunsuz yolla əldə edilmiş kömür satan şəxslər cəzalandırılıb

12 Noyabr 2021, 18:00

 Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Masallı rayonu ərazisində Şöhrət Zeynalov və Cəbrayıl Cəfərova məxsus obyektlərdə, eyni zamanda “Ümid” marketdə qanunsuz yolla əldə olunmuş kömürün satıldığı müəyyən edilib. 
 
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.