“Yaşıl Marafon” kampaniyası davam edir
11 Noyabr 2021, 17:10
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.
Ölkə üzrə 11 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 26,2 hektar ərazidə 43 127 ədəd müxtəlif cinsli ağac əkilib, 600 kiloqram toxum səpilib.
Belə ki, Bakı şəhəri, Xocasən gölünün sol sahilində 1000 ədəd, Müşviqabad, Cəngi qəsəbəsində 1004 ədəd, Şabran rayonu üzrə 0,5 ha ərazidə 1250 ədəd, Ağcabədi rayonu üzrə 1 ha ərazidə 1666 ədəd ağac əkilib, 100 kq toxum səpilib, İmişli rayonu üzrə 1 ha ərazidə 1666 ədəd ağac, 100 kiloqram toxum səpilib, Bərdə rayonu üzrə 1,5 ha ərazidə 1250 ədəd ağac əkilib, 100 kiloqram palıd toxumu səpilib, Lerik rayonu üzrə 1 ha ərazidə 2222 ədəd, Oğuz rayonu üzrə 1,5 ha ərazidə 3750 ədəd, Şəmkir rayonu üzrə 5 ha ərazidə 8300 ədəd, Şamaxı rayonu üzrə 6,5 ha ərazidə 7916 ədəd ağac, Zaqatala rayonu üzrə 1 ha ərazidə 833 ədəd, Xaçmaz rayonu üzrə 1 ha ərazidə 1100 ədəd, Tovuzda 4 ha ərazidə 5000 ağac əkilib, 300 kq toxum səpilib, Göygöl rayonu üzrə 0,5 ha ərazidə 833 ədəd, Sabirabad rayonu üzrə 2 ha ərazidə 5000 ədəd, Masallı rayonu üzrə 0,7 ha ərazidə 1170 ədəd ağac əkilib.
Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.