Xəbərlər


Noyabrın 11-də oduncağın tədarük olunduğu ərazilər

11 Noyabr 2021, 17:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 11 noyabr 2021-ci il tarixində ümumilikdə 222 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 32 m3, Tovuzda 20 m3, Oğuzda 15m3, Şəkidə 74 m3, Qaxda 34 m3, Ağdamda 20 m3, Xaçmazda 14 m3, Sabirabadda 8 m3, Şabranda 5 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.