Xəbərlər


Xəbərdarlıq

10 Noyabr 2021, 15:00

Bakıda və Abşeron yarımadasında
 
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u gündüzdən 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
 
10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir. 
 
Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.  
 
Havanın temperaturu ötən günlərlə müqayisədə 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.   
 
Azərbaycanın rayonlarında
 
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.
 
Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. 
 
Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək. 
 
Havanın temperaturu 11-də ötən günlərlə müayisədə 5-10° aşağı enəcək.