Xəbərlər


“Yaşıl Marafon” kampaniyası davam edir

10 Noyabr 2021, 17:30

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.

Ölkə üzrə 10 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 20.6 hektar ərazidə 23 419 ədəd müxtəlif cinsli ağac əkilib, 1075 kiloqram toxum səpilib.

Belə ki, Şabran rayonu üzrə 0,5 ha ərazidə 625 ədəd, Ağcabədi rayonu üzrə 2 ha ərazidə 3333 ədəd ağac əkilib, 200 kq toxum səpilib, İmişli rayonu üzrə 2,5 ha ərazidə 8332 ədəd, Bərdə rayonu üzrə 1,5 ha ərazidə 2500 ədəd ağac, 35 kq toxum səpilib, Lerik rayonu üzrə 7,1 ha ərazidə 840 kq toxum səpilib, Qəbələ rayonu üzrə 1 ha ərazidə 1666 ədəd, Şəmkir rayonu üzrə 2,5 ha ərazidə 4075 ədəd, Şamaxı rayonu üzrə 3,5 ha ərazidə 2888 ədəd ağac əkilib.

Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.