Noyabrın 4-də oduncağın tədarük olunduğu ərazilər
05 Noyabr 2021, 15:10
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 4 noyabr 2021-ci il tarixində ümumilikdə 416 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 118 m3, Ağdaşda 6 m3, Yevlaxda 40 m3, Bərdədə 4 m3, Tovuzda 20 m3, Qəbələdə 40 m3, Oğuzda 55 m3, Şəkidə 15 m3, Qaxda 20 m3, Ağcabədidə 36 m3, Lerikdə 42 m3, Şabranda 20 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.