Xəbərlər


Samur-Yalama Milli Parkında “açıq qapı” günü keçiriləcək

04 Noyabr 2021, 15:35

Təbiəti ilə fərqlilik yaradan və Xəzər dənizini meşə ilə birləşdirən Samur-Yalama Milli Parkının yaranması günü ilə əlaqədar noyabrın 5-də milli pakda “açıq qapı” günü keçiriləcək.

ETSN-in Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Xaçmaz rayonunun Xəzər dənizi sahilində, Samur-Şabran ovalığında yerləşən Samur-Yalama Milli Parkının zəngin biomüxtəlifliyini görmək istəyən ekoturizm həvəskarlarını milli parka dəvət edib.

“Samur-Yalama Milli Parkı ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli Sərəncamı ilə yaradılıb”.