Xəbərlər


Noyabrın 3-də oduncağın tədarük olunduğu ərazilər

04 Noyabr 2021, 11:50

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 3 noyabr 2021-ci il tarixində ümumilikdə 496 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 45 m3, Ağdaşda 6 m3, Zərdabda 116 m3 ,Bərdədə 18 m3, Tovuzda 20 m3, İsmayıllıda 75 m3, Qəbələdə 100 m3, Oğuzda 55 m3, Şəkidə 16 m3, Qaxda 30 m3, Şabran 15 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.