Xəbərlər


Zubrlar təbiətə buraxılıb

02 Noyabr 2021, 13:35

29 oktyabr 2021-ci il tarixində “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində Şahdağ Milli Park ərazisində iki il müddətində iqlimləşdirilən 20 Avropa zubru (o cümlədən 4 bala) nəhayət ki, arealları genişləndirilərək təbiətə buraxılıb. 
 
Üzərində quraşdırılan GPS cihazları vasitəsilə zubrlar izlənilərək nəzarət ediləcək və onların həyat tərzi haqqında sonrakı mərhələlərdə töhvə verəcək qiymətli məlumatlar toplanılacaqdır.