Xəbərlər


Noyabrın 1-də oduncağın tədarük olunduğu ərazilər

02 Noyabr 2021, 13:30

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 1 noyabr 2021-ci il tarixində ümumilikdə 377 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 20 m3, Ağdamda 40 m3 , Göygöldə 20 m3, Tovuzda 60 m3, İsmayıllıda 35 m3, Qəbələdə 118 m3, Oğuzda 37 m3, Şəkidə 24 m3, Qaxda 13 m3, Şabranda 10 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.