Xəbərlər


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçki keçiriləcək

01 Noyabr 2021, 16:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçimi üçün seçki prosesi təşkil ediləcək.

Qeydiyyat üçün sənədlər 1 noyabr 2021-ci il tarixindən etibarən qəbul edilir. Sənədlərin qəbulu müddəti 30 noyabr 2021-ci il tarixində başa çatacaq.

İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı qaydası haqqında ətraflı məlumatı eco.gov.az saytının “Elanlar” bölməsindən əldə edə bilərsiniz.