Oktyabrın 29-da oduncağın tədarük olunduğu ərazilər
30 Oktyabr 2021, 16:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 29 oktyabr 2021-ci il tarixində ümumilikdə 458 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 52 m3, Şəkidə 21 m3, Qaxda 20 m3, Qubada 19 m3, Ağcabədidə 20 m3, Ağdaşda 5 m3, Ağdamda 80 m3, Sabirabadda 4 m3, Şabranda 47 m3, Qəbələdə 47 m3, Oğuzda 50 m3, Tovuzda 60 m3, Lerikdə 25 m3, Göygöl 8 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.