Xəbərlər


"Yaşıl Marafon" davam edir

29 Oktyabr 2021, 19:44

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir. 
 
Ölkə üzrə 29 oktyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 20,8 hektar ərazidə 26 612 ədəd müxtəlif cinsli ağac əkilib, 520 kiloqram toxum səpilib. 
 
Belə ki, Bakı şəhəri, Xocasən gölünün sol sahilində 600 ədəd ağac, Ağcabədi rayonu üzrə 1 ha ərazidə 1666 ədəd ağac əkilib, 100 kq toxum səpilib, Tovuz rayonu üzrə 2 ha ərazidə 2500 ədəd ağac, Xaçmaz rayonu üzrə 0,7 ha ərazidə 770 ədəd ağac, Şabran rayonu üzrə 1ha ərazidə 1250 ədəd ağac, Samux rayonu üzrə 4 ha ərazidə 6664 ədəd ağac, Gədəbəy rayonu üzrə 4 ha ərazidə 6664 ədəd ağac, Bərdə rayonu üzrə 2 ha ərazidə 2500 ədəd ağac, Lənkəran rayonu üzrə 0,6 ha ərazidə 666 ədəd ağac əkilib, Şəki rayonu üzrə 3 ha ərazidə 420 kiloqram palıd toxumu səpilib, Qəbələ rayonu üzrə 2 ha ərazidə 3332 ədəd ağac əkilib.
 
Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.