Oktyabrın 28-də oduncağın tədarük olunduğu ərazilər
29 Oktyabr 2021, 17:05
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 28 oktyabr 2021-ci il tarixində ümumilikdə 601 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 102 m3, Şəkidə 24 m3, Qaxda 25 m3, Qubada 15 m3, Ağcabədidə 20 m3, Ağdaşda 6 m3, Zərdabda 70 m3, Bərdədə 4 m3, İsmayıllıda 36 m3, Şabranda 5 m3, Qəbələdə 35 m3, Oğuzda 81 m3, Tovuzda 75 m3, Astarada 56 m3, Masallıda 35 m3, Göygöldə 12 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq