Xəbərlər


“Yaşıl Marafon” kampaniyası davam edir

28 Oktyabr 2021, 18:00

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.
 
Ölkə üzrə 28 oktyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 4 hektar ərazidə 4816 ədəd müxtəlif cinsli ağac əkilib, 100 kiloqram toxum səpilib. 
 
Belə ki, Bakı şəhəri, Xocasən gölünün sol sahilində 1 ha ərazidə 800 ağac, Ağcabədi rayonu üzrə 1 ha ərazidə 1666 ədəd ağac əkilib, 100 kq toxum səpilib, Xaçmaz rayonu üzrə 1 ha ərazidə 1100 ədəd ağac, Şabran rayonu üzrə 1 ha ərazidə 1250 ədəd ağac əkilib.
 
Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütamadi olaraq ictimaiyyətə təqdim olunacaq.