Oktyabrın 25-də oduncağın tədarük olunduğu ərazilər
26 Oktyabr 2021, 11:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 25 oktyabr 2021-ci il tarixində ümumilikdə 619 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 101 m3, Şəkidə 32 m3, Qaxda 10 m3, Qubada 26 m3, Qusarda 130 m3, Ağdaşda 8 m3, Ağdamda 79 m3, Yevlaxda 11 m3, İsmayıllıda 55 m3, Şabranda 5 m3, Qəbələdə 37 m3, Oğuzda 40 m3, Göygöldə 17 m3, Lənkəranda 4 m3, Astarada 5 m3, Masallıda 55 m3, Sabirabadda 4 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.