Xəbərlər


Oktyabrın 22-də oduncağın tədarük olunduğu ərazilər

23 Oktyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 22 oktyabr 2021-ci il tarixində ümumilikdə 531 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 170 m3, Şəkidə 25 m3, Qaxda 31 m3, Qubada 7 m3, Qusarda 103 m3, Xaçmazda 10 m3, Ağcabədidə 15 m3, Ağdaşda 7 m3, Şamaxıda 10 m3, İsmayıllıda 39 m3, Şabranda 10 m3, Qəbələdə 62 m3, Oğuzda 10 m3, Göygöldə 21 m3, Masallıda 7 m3, Sabirabadda 4 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.