Xəbərlər


Oktyabrın 20-də oduncağın tədarük olunduğu ərazilər

21 Oktyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 20 oktyabr 2021-ci il tarixində ümumilikdə 589 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 164 m3, Qaxda 37 m3, Şəkidə 40 m3, Qubada 30 m3, Qusarda 41 m3, Xaçmazda 44 m3, Ağcabədidə 24 m3, Bərdədə 4 m3, Zərdabda 55 m3, İsmayıllıda 55 m3, Ağsuda 14 m3, Qəbələdə 62 m3, Oğuzda 10 m3, Göygöldə 5 m3, Sabirabad 4 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.