Xəbərlər


Oktyabrın 19-də oduncağın tədarük olunduğu ərazilər

20 Oktyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 19 oktyabr 2021-ci il tarixində ümumilikdə 461 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 43 m3, Qaxda 52 m3, Şəkidə 25 m3, Qubada 23 m3, Qusarda 85 m3, Ağcabədidə 11 m3, Tovuzda 23 m3, İsmayıllıda 50 m3, Qəbələdə 83 m3, Oğuzda 30 m3, Lənkəranda 7 m3, Ağdaşda 14 m3, Göygöldə 12 m3, Sabirabad 3 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.