Xəbərlər


Oktyabrın 15-də oduncağın tədarük olunduğu ərazilər

16 Oktyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 15 oktyabr 2021-ci il tarixində ümumilikdə 466 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 11 m3, Qaxda 40 m3, Şəkidə 41 m3, Qubada 10 m3, Qusarda 45 m3, Xaçmazda 7 m3, Şabranda 25 m3, Şamaxıda 10 m3, İsmayıllıda 40 m3, Qəbələdə 70 m3, Oğuzda 20 m3, Lənkəranda 26 m3, Yevlaxda 19 m3, Ağdaş 16 m3, Zərdab 55 m3, Göygöl 6 m3, Sabirabadda 5 m3, Masallı 20 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.