Xəbərlər


Milli parkın ərazisində ov edən şəxslər cəzalandırılıb

15 Oktyabr 2021, 17:25

Şahdağ milli parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin ərazisində ov edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerlərin İsmayıllı rayon sakinlərii Anar Musayev, Elçin Nağdıyev, Qismət Cəfərov və Şamo Nağdıyev olduğu müəyyən edilib və onlardan 2 ovlanmış Dağıstan turu götürülüb.

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və onlar ümumilikdə 4000 manat məbləğində cərimələnib”.