Xəbərlər


Qanunsuz ovun qarşısının alınması məqsədilə 9 ay ərzində görülmüş işlər

05 Oktyabr 2021, 12:00

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 2021-ci ilin 9 ayı ərzində qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı 200 akt, 108 protokol tərtib edilib, 42 iş üzrə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Nəzarət tədbirləri zamanı Xəzər dənizindən və ölkənin daxili su hövzələrindən ümumilikdə 45 236 metr uzunluğunda sintetik tor yığışdırılıb və qanunsuz ov alətləri götürülüb.

Eyni zamanda, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov etdiklərinə görə 124 şəxs saxlanılıb, 34 iş üzrə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.