Oktyabrın 11-də oduncağın tədarük olunduğu ərazilər
12 Oktyabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 11 oktyabr 2021-ci il tarixində ümumilikdə 508 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 90 m3, Qaxda 20 m3, Şəkidə 60 m3, Qusarda 30 m3, Xaçmazda 7 m3, Qubada 20 m3, İsmayıllıda 10 m3, Şamaxıda 20 m3, Ağsuda 20 m3, Göygöldə 14 m3, Qəbələdə 89 m3, Bərdədə 30 m3, Ağdaşda 65 m3, Zərdabda 30 m3, Sabirabadda 3 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.