Xəbərlər


Oktyabrın 8-də oduncağın tədarük olunduğu ərazilər

09 Oktyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 8 oktyabr 2021-ci il tarixində ümumilikdə 437 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 39 m3, Qaxda 50 m3, Şəkidə 20 m3, Qusarda 15 m3, Xaçmazda 11 m3, İsmayıllıda 50 m3, Göygöldə 8 m3, Qəbələdə 90 m3, Bərdədə 12 m3, Ağdaşda 28 m3, Ağdamda 13 m3, Zərdabda 40 m3, Sabirabadda 3 m3, Şəmkirdə 58 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.