Xəbərlər


Oktyabrın 7-də oduncağın tədarük olunduğu ərazilər

08 Oktyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 7 oktyabr 2021-ci il tarixində ümumilikdə 395 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 8 m3, Qaxda 60 m3, Şəkidə 40 m3, Qusarda 15 m3, Xaçmazda 14 m3, İsmayıllıda 22 m3, Ağsuda 18 m3, Göygöldə 14 m3, Qəbələdə 110 m3, Bərdədə 13 m3, Ağdaşda 16 m3, Sabirabadda 5 m3, Şəmkirdə 60 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.