Oktyabrın 6-da oduncağın tədarük olunduğu ərazilər
07 Oktyabr 2021, 17:40
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional MeşəTəsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 6 oktyabr 2021-ci il tarixində ümumilikdə 350 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 13 m3, Qaxda 40 m3, Şəkidə 20 m3, Qusarda 25 m3, Xaçmazda 10 m3, İsmayıllıda 40 m3, Qəbələdə 95 m3, Oğuzda 20 m3, Sabirabadda 7 m3, Samuxda 60 m3, Zərdabda 20 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.