Qanunsuz ov edən şəxslər cəzalandırılıb
05 Oktyabr 2021, 11:00
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xəzər dənizi sahilində, Salyan və Lənkəran rayonlarının daxili su hövzələrində və Araz çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakini Niyaməddin Həsənov, İmişli rayon sakinləri Surətdin Şükürov, Söhbət Əmənov, Ramiq Şükürov, Nizami Nuriyev, Bakı şəhər sakinləri Elçin Məmmədli, Ramil Məmmədov, Neftçala şəhər sakini Sahid Əzizov, Masallı rayon sakinləri İlkin Novruzov, Rüstəm Vəlizadə və Elnur Məmmədov olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
“Eyni zamanda, ayrı-ayrı rayonların inzibati ərazisində ov etdiklərinə görə Biləsuvar rayon sakinləri Şahin Adışov, Adil Hüseynov, Cəbrayıl rayon sakini Ağamoğlan Məmmədov, Zərdab rayon sakinləri Xudyar Əhədov, Zülfüqar Mürsəlov, Astara rayon sakini Ramiz Əliyev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.