Xəbərlər


Oktyabrın 1-də oduncağın tədarük olunduğu ərazilər

02 Oktyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
 
Ölkə üzrə 1 oktyabr 2021-ci il tarixində ümumilikdə 168 m³ həcmində oduncaq tədarük olunub.
 
Qeyd edək ki, Şəki RMTM-də 2-4 oktyabr tarixlərində tədarük olunacaq işlik materialın 25 m³-nin Qax rayonu ərazisində, 35 m³-nin isə Şəki rayonu ərazisində satışı həyata keçiriləcək.
 
Xatırladaq ki, oduncaq tədarükü zamanı ağacların yararlı, sağlam hissəsi işlik material kimi istifadə olunur.