Sentyabrın 30-da oduncağın tədarük olunduğu ərazilər
01 Oktyabr 2021, 15:15
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 30 sentyabr 2021-ci il tarixində ümumilikdə 314 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 13 m3, Qəbələdə 10 m3, Qubada 125 m3, Xaçmazda 34 m3, Qazaxda 10 m3, Göygöldə 13 m3, Şəkidə 35 m3, Qaxda 15 m3, Lerikdə 38 m3, Astarada 21 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, Şəki RMTM-də 2-4 oktyabr tarixlərində tədarük olunacaq işlik materialın 25 m3-nin Qax rayonu ərazisində, 35 m3-nin isə Şəki rayonu ərazisində satışı həyata keçiriləcək.
Xatırladaq ki, oduncaq tədarükü zamanı ağacların yararlı, sağlam hissəsi işlik material kimi istifadə olunur.