Qanunsuz ov edən şəxslər cəzalandırılıb
29 Sentyabr 2021, 15:00
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri və Siyəzən rayonunun Xəzər dənizi sahillərində, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Abasəli Xəlilov, Siyəzən şəhər sakini Ariz Kərimov, Yevlax rayon sakini Nicat Əliyev və Sabunçu rayon sakini Bayandur Həşimov olduğu müəyyən edilib.
“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
“Eyni zamanda, ayrı-ayrı rayonların inzibati ərazisində ov etdiklərinə görə Biləsuvar rayon sakini Rəfail Tağıyev, İmişli rayon sakini Rafik Mikayılov, Mingəçevir şəhər sakini Anar Mehdiyev saxlanılıb və barələrində akt, protokol tərtib edilərək cərimələnib.