Sentyabrın 29-da oduncağın tədarük olunduğu ərazilər
30 Sentyabr 2021, 17:05
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 29 sentyabr 2021-ci il tarixində ümumilikdə 412 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 14 m3, Qəbələdə 70 m3, Qusarda 65 m3, Qubada 40 m3, Xaçmazda 58 m3, Qazaxda 10 m3, İsmayıllıda 15 m3, Ağsuda 8 m3, Göygöldə 82 m3, Şəkidə 30 m3, Qaxda 20 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.