Xəbərlər


Sentyabrın 28-də oduncağın tədarük olunduğu ərazilər

29 Sentyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 28 sentyabr 2021-ci il tarixində ümumilikdə 331 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 39 m3, Qəbələdə 10 m3, Ağdaşda 18 m3, Qusarda 75 m3, Quba 59 m3, Astarada 3 m3, Lerikdə 10 m3, Lənkəranda 7 m3, İsmayılıda 30 m3, Şamaxıda 10 m3, Göygöldə 20 m3, Şəkidə 25 m3, Qaxda 25 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.