Xəbərlər


Qanun pozucuları cəzalandırılıb

25 Sentyabr 2021, 11:00

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı bitkiləri məhv edən şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, qanun pozucularına məxsus 42-CE-941 dövlət nömrə nişanlı “NİVA” markalı və 99-OT-148 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillərin yük yerinə keçirilən baxış zamanı adı “Qırmızı Kitab”a düşən Budaqlı danaya kolları aşkar edilib.

“Araşdırma zamanı təqsirkarların Lənkəran rayon sakinləri Nazim İbadzadə və Famil Zəkiyev olduğu və təbiətə ümumilikdə 3450 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub”.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lənkəran Rayon Prokurorluğuna göndərilib.