Şikayət araşdırılıb
25 Sentyabr 2021, 10:00
Sumqayıt şəhəri, 26-cı məhəllədə fəaliyyət göstərən kafedən ətrafa tüstü, qoxu və səs-küyün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, ərazidə aparılan monitorinqlər zamanı sözügedən kafedə təmizləyici qurğu quraşdırıldığı və bu səbəbdən atmosferə atılan tullantıların norma daxilində olduğu müəyyən edilib.
“Ərazidə aparılan araşdırma və monitorinqlər zamanı səs-küy səviyyəsinin də norma həddində olduğu məlum olub”.