Xəbərlər


Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

24 Sentyabr 2021, 12:14

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Biləsuvar və Ağstafa rayonlarının daxili su hövzələrində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Ağstafa rayon sakini İsmayıl Tatarov, Biləsuvar rayon sakini Murad Tağıyev olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucuları barəsində akt tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.