Xəbərlər


Xəbərdarlıq

25 Sentyabr 2021, 22:29

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sentyabrın 25-dən 26-a keçən gecə Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacaq, arabir yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli güclü olacaq, dolu düşəcək.
 
Belə hava şəraitinin gecə saat 02:00 radələrindən başlayaraq səhər saat 07:00-dək davam edəcəyi gözlənilir. 
 
Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 
 
Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m /s-dək güclənəcək.