Xəbərlər


Sentyabrın 24-də oduncağın tədarük olunduğu ərazilər

24 Sentyabr 2021, 17:50

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 24 sentyabr 2021-ci il tarixində ümumilikdə 362 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 28 m3, Qaxda 50 m3, Şəkidə 30 m3, Qəbələdə 20 m3, Oğuzda 23 m3, Ağdamda 28 m3, Ağdaşda 8 m3, Zərdabda 35 m3, Qusarda 16 m3, Qubada 66 m3, Xaçmazda 7 m3, Qazaxda 5 m3, Lənkəranda 3 m3, Lerikdə 5 m3, Astarada 4 m3, İsmayıllıda 15 m3, Şamaxıda 10 m3, Masallıda 5 m3, Sabirabadda 4 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.