Xəbərlər


Sentyabrın 22-də oduncağın tədarük olunduğu ərazilər

23 Sentyabr 2021, 15:35

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
 
Ölkə üzrə 22 sentyabr 2021-ci il tarixində ümumilikdə 384 m3 həcmində oduncaq tədarük olunub.
 
Belə ki, Zaqatala rayonu üzrə 22 m3, Qaxda 40 m3, Şəkidə 30 m3, Qəbələdə 60 m3, Oğuzda 15 m3, Ağdaşda 8 m3, Ağdamda 26 m3,  Bərdədə 4 m3, Qusarda 50 m3, Qubada 20 m3, Xaçmazda 21 m3, Şabranda 5 m3, Qazaxda 5 m3, Göygöldə 9 m3, Lənkəranda 23 m3, Lerikdə 12 m3, Astarada 4 m3, İsmayılıda 20 m3, Şamaxıda 10 m3 həcmində oduncaq tədarük olunub.
 
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.