Sentyabrın 17-də oduncağın tədarük olunduğu ərazilər
18 Sentyabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 17 sentyabr 2021-ci il tarixində ümumilikdə 482 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 24 m3, Qaxda 75 m3, Şəkidə 40 m3, Qəbələdə 120 m3, İsmayıllıda 14 m3, Ağsuda 6 m3, Ağcabədidə 13 m3, Ağdaşda 8 m3, Ağdamda 12 m3, Qusarda 10 m3, Xaçmazda 42 m3, Şabranda 23 m3, Ağstafada 10 m3, Göygöldə 24 m3, Goranboyda 6 m3, Gədəbəydə 20 m3, Lerikdə 10 m3, Astarada 10 m3, Lənkəranda12 m3, Sabirabadda 3 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.