Xəbərlər


Sentyabrın 16-da oduncağın tədarük olunduğu ərazilər

17 Sentyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
 
Ölkə üzrə 16 sentyabr 2021-ci il tarixində ümumilikdə 495 m3 həcmində oduncaq tədarük olunub.
 
Belə ki, Zaqatala rayonu üzrə 29 m3, Qaxda 83 m3, Şəkidə 40 m3, Qəbələdə 50 m3, İsmayıllıda 10 m3, Şamaxıda 5 m3, Ağsuda 5 m3, Ağcabədidə 23 m3, Ağdaşda 8 m3, Ağdamda 46 m3, Qusarda 35 m3, Xaçmazda 35 m3, Şabranda 20 m3, Ağstafada 10 m3, Göygöldə 14 m3, Gədəbəydə 20 m3,  Lerikdə 13 m3, Astarada 12 m3, Lənkəranda 34 m3, Sabirabadda 3 m3 həcmində oduncaq tədarük olunub.
 
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.