Xəbərlər


Sentyabrın 20-də oduncağın tədarük olunduğu ərazilər

21 Sentyabr 2021, 12:05

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 20 sentyabr 2021-ci il tarixində ümumilikdə 772 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 45 m3, Qaxda 130 m3, Şəkidə 35 m3, Qəbələdə 160 m3, Oğuzda 20 m3, Ağcabədidə 9 m3, Ağdaşda 8 m3, Ağdamda 19 m3, Qusarda 30 m3, Xaçmazda 35 m3, Qubada 10 m3, Şabranda 18 m3 , Qazaxda 5 m3, Göygöldə 24 m3, Goranboyda 7 m3, Gədəbəydə 40 m3, Masallıda 35 m3, Lənkəranda 5 m3, Lerikdə 83 m3, Astarada 34 m3, İsmayılıda 20 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.