Xəbərlər


Havaya atılan qara tüstüyə görə Etilen-Polietilen zavodunda araşdırma aparılır

20 Sentyabr 2021, 18:50

19 sentyabr 2021-ci il tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıtda fəaliyyət göstərən "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodundan havaya qara tüstünün yayılması müşahidə olunub.  
 
Bunu Xidmətin regional idarəsinin rəsmisi Fərid Piriyev bildirib.
 
O qeyd edib ki, hazırda faktla bağlı araşdırma aparılır.