Xəbərlər


Ekoloji ictimaiyyətə ağır itki

04 Sentyabr 2021, 13:50

Böyük üzüntü ilə bildirirəm ki, bu gecə bizimlə birgə fəaliyyət göstərən İctimai Şuranın sədri Mələk xanım Şükürova qəfil ürəktutmasından dünyasını dəyişib. Amansız ölüm çox bacarıqlı bir mütəxəssisi, fədakar ekoloqu, ictimai fəal, səmimi insan və qayğıkeş həmkarımızı yaşının və fəaliyyətinin ən aktiv dövründə aramızdan apardı. Mələk xanımın ailəsinə, yaxınlarına, onu sevən hər kəsə və bütün həmkarlarına bu üzücü hadisə ilə bağlı başsağlığı verir, ailəsinə səbir diləyirəm.
 
Mələk Şükürovanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
 
Allah rəhmət eləsin.
 
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev