Qanunsuz ov edən şəxslər cəzalandırılıb
23 Avqust 2021, 13:01
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şərbət-Qobu ovçuluq təsərrüfatının İmişli rayonu ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Araşdırma zamanı brakonyerin Saatlı rayon sakini İlqar İbrahimov olduğu məlum olub və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb. Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.
Eyni zamanda, Xızı rayonu, Safbulaq kəndi yaxınlığında qanunsuz ov edən Sumqayıt şəhər sakini Şahin Əsədov saxlanılaraq cərimələnib.