Xəbərlər


"Təmiz hövzələr" aksiyası çərçivəsində sahilboyu ərazilər təmizlənib

19 Avqust 2021, 15:00

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən "Təmiz hövzələr" aksiyası çərçivəsində növbəti tədbir Xəzər dənizinin Astara və Lənkəran rayonları akvatoriyasında, Mingəçevir su anbarında keçirilib.

Xidmət rəsmisi Ramal Bağırov bildirib ki, aksiyalar çərçivəsində Xəzər dənizinin Astara və Lənkəran rayonları akvatoriyasından, eyni zamanda Mingəçevir su anbarından ümumilikdə 1350 metr uzunluğunda sintetik tor yığışdırılıb.