Şimşək çaxan ərazidə növbətçilik təşkil edilib
16 Avqust 2021, 22:34
Bu gün axşam saatlarından başlayaraq Türyənçay Dövlət Təbiət Qoruğu ərazisində güclü şimşək çaxması müşahidə olunur. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.
"Ərazidə nəzarətin təmin olunması məqsədilə növbətçilik təşkil edilib, baş verə biləcək yanğınların operativ söndürülməsi üçün müvafiq tədbirlər görülüb".
İradə İbrahimova bildirib ki, bir neçə gün əvvəl Qoruğun ərazisində şimşək çaxması nəticəsində yanğın hadisəsi baş vermiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğın söndürülmüşdü.