Xəbərlər


Ağacların dibi asfaltdan təmizlənir

29 İyul 2021, 17:45

Xətai prospekti, Bakı Dəmiryol Vağzalının yaxınlığında ağacların dibinin asfaltlanması ilə bağlı daxil olan şikayət araşdırılıb və sözügedən ünvanda, yol kənarında xeyli sayda ağacın dibinin asfaltla örtüldüyü müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 37 saylı Mənzil Kommunal İstismar Sahəsinə məcburi göstəriş verilib.

“Xidmətin əməkdaşlarının nəzarəti altında Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən ağacların dibinin asfaltdan təmizlənməsi işlərinə başlanılıb”.