Faktiki hava
08 İyul 2021, 10:10
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 8-i saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv olub, yağan intensiv yağışlar nəticəsində çaylarda sululuq artıb, Gorançay, Yuxarı Ağcakənd, Kürəkçay-Toğanal, Gəncəçay-Suqovuşan, Zəyəmçay-Ağbaşlar, Dəstəfurçay-Qaraqollar çaylarından sel keçib, bəzi yerlərdə dolu düşüb.
Düşən yağışın miqdarı: Şəmkirdə 55 mm (aylıq normanın 224 %-i), Tərtərdə 31 mm (aylıq normanın 127 %-i), Sarıbaşda (Qax) 27 mm, Xaltanda 23 mm (aylıq normanın 77 %-i), Gədəbəydə 23 mm, Şəkidə 22 mm, Kişçayda (Şəki) 21 mm, Qubada 18 mm (aylıq normanın 60 %-i), Gəncə Avia 18 mm (aylıq normanın 77 %-i), Dəstəfurçay-Qaraqollarda 18 mm, Göyçayda 17 mm (aylıq normanın 79 %-i), Göygöl, Şahdağda 16 mm, Bərdədə 15 mm (aylıq normanın 61 %-i), Gəncə, Qusarda 12 mm, Ağdamda 10 mm, Qrız, Qəbələ, Yevlaxda 9 mm, Naftalanda 8 mm, Zərdabda 6 mm, Mingəçevir, Altıağac, Daşkəsəndə 5 mm, Oğuz, Kürdəmir, Şabranda 4 mm, Tovuzda 3 mm, Xaçmaz, Yardımlı, Lerik, Ağdərədə (Ordubad) 2 mm, Sumqayıt, Naxçıvan, Ceyrançöl, Ağstafa, Balakən, Zaqatala, Qobustanda 1 mm-dək olub.
7 iyul saat 17:30-17:35 radələrində Daşkəsən rayonu Çovdar kəndinə diametri 8-10 mm olan, saat 18:30 radələrində Gədəbəy rayonu Nərimanlı kəndinə, saat 19:26-19:34 radələrində Nərimankənd, Moruqlu kəndlərinə xırda dənəli dolu düşüb.
Şimal-qərb küləyi arabir Gəncədə 26 m/s, Mingəçevirdə 24 m/s, Tərtərdə 23 m/s, Şərur, Naftalanda 20 m/s, Balakəndə 18 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda arabir 16-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunana qeyri-sabit hava şəraiti iyulun 10-u səhərədək davam edəcək, 10-u gündüzdən yağıntıların tədricən kəsiləcəyi, havanın sabitləşəcəyi gözlənilir.