Xəbərlər


"Təmiz hövzələr" aksiyası çərçivəsində su hövzələri və sahilboyu ərazilər təmizlənib

01 İyul 2021, 09:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən "Təmiz hövzələr" aksiyası çərçivəsində Mingəçevir su anbarı, Kür çayı, Xaçmaz, Neftçala və Ağcabədi rayonlarının daxili su hövzələri sintetik torlardan, plastik və digər tullantılardan təmizlənib.

Keçirilən tədbirlər zamanı su hövzələrindən ümumilikdə 312 metr uzunluğunda sintetik tor yığılıb.

Eyni zamanda, balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovuna qoyulan moratoriumun qüvvədə olduğu vaxtda balıq ovlayan 3 nəfər saxlanılıb. Faktlarla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.